Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Facebookda “Diktaturasız Azərbaycan” səhifəsinin yaradıcısı, Almaniyada mühacir həyatı yaşayan Zöhrab Həsənov Azərbaycandakı yaxınlarına təzyiqlər edildiyini deyir.

Z.Həsənovun atası Əli Həsənov MeydanTV-yə açıqlama verib. Deyib ki, onu polisə çağırıblar, amma o, polislərə, rəsmi çağırış vərəqəsi olmadan idarəyə gəlməyəcəyini bildirib.

Dekabrın 13-də saat 20 00 radələrində Şirvan Şəhər Polis İdarəsinin təhqiqatçısı, baş leytnant Fuad Səmədov və bir neçə çavuş Zöhrab Əli Həsənovun atası Əli Həsənovun yaşadığı mənzilə gələrək onu dindiriblər.

Meydan TV-yə verilən məlumata görə, Əli Həsənova əsas suallar qohumları, xüsusən Almaniyada mühacir həyatı yaşayan oğlu Zöhrab ƏliHəsənov barədə olub. Fuad Səmədov onlarda ştrix kodu olduğunu və guya Almaniyanın Bakıdakı səfirliyindən onlara Əli Həsənovun oğlu barədə sorğu gəlib. Səbəb Almaniya hökumətinin Zöhrab Əli Həsənova yaşamaq icazəsi verməsidir.

Ancaq Zöhrab Əli Həsənov Meydan TV-yə bildirib ki, Almaniya hökumətinin Azərbaycan polisi vasitəsilə onun haqqında araşdırma apardığına inanmır: "Polislər həmçinin mənim oxuduğum universitetlərdən və vaxtilə işlədiyim Hacıqabul Rayon İcra Hakimiyyətindən də əhatəli məlumat aldıqlarını bildiriblər. Bütün bunlarda məqsədin guya səfirliyə haqqımda məlumat verməkdir".

Məsələylə bağlı polisin də mövqeyini öyrənməyə çalışacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG