Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Beynəlxalq Energetika Agentliyinin (BATENA) verdiyi məlumata görə 2014-cü ildə son 40 ildə ilk dəfə olaraq atmosferə atılan karbon qazının miqdarı dəyişməyib.

Ekspertlər xüsusilə vurğulayırlar ki, bu hadisə iqtisadi böhranın olmadığı bir vaxtda baş verib.

2014-cü il üçün illik qlobal karbon qazı emissiyası 32 giqaton olub.

BATENA-nın bəyanatında deyilir ki, bu xəbər sevindirici olsa da, bəşəriyyəti arxayın salmamalıdır.

Təşkilatın baş iqtisadçısı Fatih Birol hadisəni “təəcüblü olduğu qədər əhəmiyyətli” adlandırıb.

Analitiklər isə atmosferə istixana qazları emissiyası artımının dayanmasını Çin və bir sıra başqa ölkələrdə texnologiyaların modernləşdirilməsi ilə əlaqələndirirlər.

Lakin onlar həm də bildirirlər ki, Çində enerji istehlakının özü də azalıb.

BATENA bildirib ki, son qırx ildə emissiyanın sürəti üç dəfə yavaşıyıb və bütün üç halda bu, “dünya böhranları” ilə üst-üstə düşüb: 1980-ci illərdə ABŞ-dakı resessiyadan sonra, 1992-ci ildə SSRİ-nin çökməsinin ardınca və 2009-cu ilin maliyyə böhranı zamanı.

Karbon emissiyası barədə yekun hesabat iyun ayında açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG