Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:57

Tərcümə mükafatları təqdim ediləcək


-

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə təsis etdiyi “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatının Təqdimat mərasimi keçiriləcək.

OxuZalı aztc.gov.az-a istinadla xəbər verir ki, mərasim mart ayının 17-də saat 12:00-da “Excelsior” hotelinin “Afurja” zalında baş tutacaq.

Qaliblər müsabiqənin bir müddət əvvəl elan edilən qısa siyahısından seçiləcək:

Akif Əli – Mayk Gelprin “Şam yanırdı”

Aygün Əziz – Somerset Moem “Fürsət”

Fazil Güney – Ğadət Səmmən “Xoruz”

Fərhad Yalquzaq – Vladimir Sanin “Lənətlənmiş bəyaz”

İlahə Ucaruh – Kristina Louhi “Bizim Tomppa”

Kifayət Haqveriyeva – Leonid Andreyev “Qaplan”

Mahir Həmidov – Cübran Xəlil Cübran “Qəbirlərin fəryadı”

Şərif Ağayar – Səbahəddin Əli “Asfalt yol”

Şəfiqə Şəfa – Konstantin Paustovski “Alabalıqların üzdükləri kiçik çaylar”

Təvəkgül Zeynallı – Şevrud Anderson “Allahın qüdrəti”

XS
SM
MD
LG