Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:08

Zeynəb Xanlarova Nyu-Yorkda konsert verəcək


Novruz bayramı münasibətilə xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitənin dəstəyi ilə həyata keçirilən konsert proqramı martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutacaq.

1300 tamaşaçı tutumu olan “Master Theatre” zalında dünyanın bir sıra tanınmış musiqiçiləri konsert verib.

"Xoş gördük əzizlərim" adlı konsert proqramında xalq artisti Z. Xanlarova 10 nəfərlik ansamblın müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları ifa edəcək. ABŞ-ın bir sıra şəhərlərində yaşayan azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələrinin konsertdə iştirakı gözlənilir.

Artıq bir həftədir Nyu-Yorkda olan Z. Xanlarova Azərbaycan diaspor təşkilatlarının və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.

Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG