Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

-

Ermənistanın ictimai televiziyasının canlı efirində «Don’t Deny» («İnkar etmə») mahnısının premyerası oldu.

Bu mahnı ilə "Genealogy" qrupu Ermənistanı "Eurovision-2015» müsabiqəsində təmsil edəcək.

Qrupa 5 qitədən olan erməni əsilli musiqiçilər daxildir.

Qrupun 6-cı üzvü isə Ermənistanda yaşayan müğənni İnga Arshakyandır.

Bu mahnı haqda xəbər ilk dəfə çıxanda onun 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş və ermənilərin "soyqırım" adlandırdıqları hadisənin 100 illiyinə həsr edildiyi deyilirdi. Türkiyə həmin hadisələrin soyqırım olduğunu inkar edir.

Amma mahnının təqdimatında bildirilib ki, bu, "nəsillərin dəyişməsinə aid bir mahnıdır. Yeni nəsil köhnəni əvəz edir və onun ənənə və dəyərlərini yaşadır".

Bu il müsabiqə mayın 19-dan 23-dək Avstriyada keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG