Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:01

-

Aliyə Əsədova

ÜŞÜYƏN SÜMÜKLƏR

Gücüm varmış
indi bilmədiklərimin
dərdinə qalmağa,
Bir bilsən ki
dərd necə üşüyür.
İndi gəzmək istədim -
yer var yaxşı ki ,
addımbaşı dərdləri
ayaqlamağa.

Şərf, əlcək istədin
yarımçıq yuxumda,
Son dəfə üşüyən
barmaqların
necədi indi?
Narahatsan?
Əti didib yeyən
qanı içib sovuran
yer var -
adı Torpaq,
dərd torpaq qədər
torpaq qədər dərd var-
dərd boydadı məzar...

məzar torpağına
sağ ol dedim gələndə,
bu keşikçi torpaqların
borcu var əslində
başdaşını saxlamağa,
sümüyünü qorumağa,
bir sağ ol da deyəcəm
baş qoyduğun torpağa.
Bilsən ki
torpaq necə üşüyür...

Günün bütün mövzuları

XS
SM
MD
LG