Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:15

Vəkillərdən biri Xədicə İsmayılın müdafiəsindən kənarlaşdılıb


Yalçın İmanov

Yalçın İmanov

.

Martın 13-də Bakı Apellyasiya Məhkəməsi vəkil Yalçın İmanovun jurnalist Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırılması barədə istintaq orqanın qərarını dəstəkləyib.

Yalçın İmanov AzadlıqRaduosuna müsahibəsində deyir ki, Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi onu vəkil kimi işdən uzaqlaşdırılması ilə bağlı qərar verib.

- Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırılmanızı necə qiymətləndirirsiz?

- Xədicənin müdafiəsindən uzaqlaşdırılmadığım üçün heç bir qanuni əsas yox idi. Hesab edirəm ki, bu, onun müdafiəsinin zəiflədilməsi məqsədilə edilib. Xədicə İsmayıl özü də bunu Bakı Apellyasiya Məhkəməsində bildirdi. Dedi ki, vəkilimin işdən uzaqlaşdırılması müdafiəmin zəiflədilməsi məqsədinlə güdür. Fikrimcə, istintaq Xədicə İsmayılın daha keyfiyyətli müdafiə ilə təmin olunmasını istəmir.

- Xədicə İsmayılın bir neçə vəkili var. Bir işdə çox vəkilin olması müdafiəni gücləndirir, yoxsa, əksinə, problemlər yaradır?

- Əlbəttə, vəkillərin çox olması daha keyfiyətli müdafiə vəd edir. Xüsusilə siyasi əsasları olan işlərdə bir neçə vəkilin birgə fəaliyyəti arzuolunandır. Indiyə qədərki təcrübə də bunu göstərir.

Xədicənin müdafiəsi ilə məşğul olan digər həmkarlarım onun keyfiyyətli müdafiə işlərini həyata keçirirlər. Ancaq daha çox vəkilin müdafiəyə qatılmağı, işləməyi Xədicə İsmayılın maraqlarına xidmət edir. Görünür, istintaq orqanı bunu həzm eləyə bilmədi.

- Yalçın bəy, niyə məhz siz?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. İstintaq orqanı bildirir ki, mən AzadlıqRadiosunun işində müdafiədən uzaqlaşdırılmışam və Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar da onun AzadlıqRadiosundakı fəaliyyəti ilə bağlıdır. Mən isə AzadlıqRadiosunun işində şahid kimi keçirəm. Və bildirirlər ki, eyni işdə həm şahid, həm də müdafiəçi kimi iştirak olmaz.

Hesab edirəm ki, bu qanunsuz mövqedir və hüquqi əsası yoxdur. Xədicə İsmayılın işi və AzadlıqRadiosu ilə bağlı aparılan iş ayrı-ayrı məsələlərdir.

Belə bir ittihamla istənilən vəkili istənilən işdən uzaqlaşdırmaq olar.

- Son vaxtlar, xüsusilə hay-küylü cinayət işlərində vəkilin müdafiədən kənarlaşdırılması adi hal alıb.

- Bu, artıq tez-tez rast gəlinən hala çevrildi. Əvvəl hüquq müdafiəçisi Leyla Yunusun işi ilə bağlı vəkili işdən uzaqlaşdırıldı. Sonra da digər hüquq müdafiəçisi İntiqam Əliyevin hüquqlarını müdafiə edən bir neçə vəkil şahid kimi işə cəlb olundu və müdafiədən kənarlaşdırıldı.

Fikrimcə, bunlar siyasi məhbusları müdafiəsiz qoymaq cəhdidir. Çünki belə işlərə çıxan vəkillərin sayı kifayət qədər azdır və sanki istintaq dairələri belə bir mesaj verir ki, siyasi məhbusları müdafiə etməyin, əks təqdirdə, ya işdən kənarlaşdırılacaqsız, ya da hansısa təzyiqlərlə üzləşə bilərsiz.

- İşdən uzaqlaşdırılan vəkilin bərpa olunmaq potensialı varmı?

- İşdən uzaqlaşdırılma ilə bağlı vəkilə təqdim olunan qərardan məhkəməyə şikayət etmək mümkündür. Ancaq Azərbaycanda məhkəmə müstəqilliyi ilə bağlı şübhələr dolaşdığı, o cümlədən, siyasi məhbusların işində sifarişli qərar qəbul edildiyi üçün məhəkəmə yolu ilə ədalətin bərpa olunması, müdafiəyə qayıtmaq imkanı mümkünsüz görünür. Hər halda, yenə də mən bu qərardan məhkəməyə şikayət edəcəm.

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG