Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Təhlükəsizlik orqanları Avropa Oyunlarına hazırlıq gördüklərini deyirlər


Arxiv fotosu: Fransada anti-terror əməliyyatından görüntü
Arxiv fotosu: Fransada anti-terror əməliyyatından görüntü

-

«Azərbaycan vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə silahlı dəstələrin tərkibində iştirakına qarşı aparılmış tədbirlər keçirilib. Nəticədə də Suriyada və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində hərbi təlim keçərək döyüş əməliyyatlarında iştirak etdikləri, eləcə də Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olduqları müəyyənləşdirilən bir sıra Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində son illər 5 tondan artıq ağır tərkibli narkotik vasitə milli götürülüb».

Bunu martın 13-də milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev Azərbaycan Texniki Universitetində keçirilən konfransda deyib.

Elçin Əliyev bildirib ki, beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır.

Nazir müavini deyib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyillərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb.

«Geniş coğrafiyanı əhatə edən bu təhlükələr ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə - Birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.

Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərin, tələbələrin birgə səyləri, sayıqlığı məlumatlılığı olduqca mühüm amillərdir», deyə o qeyd edib.

Bakıda Avropa Oyunları iyunun 12-dən 28-ə qədər keçiriləcək.

Bugünlərdə hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarını Suriyada döyüşlərə göndərən bir neçə dəstə saxladığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG