Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

John Kerry Misir,İordaniya və Fələstin liderləri ilə görüşüb


John Kerry, Abdullah II, Abdel-Fattah al-Sisi və Mahmud Abbas
John Kerry, Abdullah II, Abdel-Fattah al-Sisi və Mahmud Abbas

ABŞ Dövlət katibi John Kerry Misir,İordaniya və Fələstin liderləri ilə görüşüb.

Görüş Misirin Şar al Şeyx şəhərində keçirilən investisiya konfransı çərçivəsində baş tutub.

Misir prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Yaxın Şərq sülh prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Həmçinin Kerrynin konfrans çərçivəsində keçirəcəyi görüşlərdə İranın nüvə proqramı ilə bağlı Tehranla 6 qərb ölkəsi arasındakı razılaşma, İslam Dövləti yaraqlıları ilə mübarizə və Suriya münaqişəsinin müzakirəsi gözlənilir.

Bundan sonra Kerry martın 15-də Çenevrdə İranın xarici işlər naziri Mohammad Javad Zariflə görüşəcək.

Söhbət İranın nüvə proqramından imtina eləməsi və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsindən gedir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

XS
SM
MD
LG