Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:43

İlaxır çərşənbədə atəşfəşanlıq olacaq


Arxiv fotosu
Arxiv fotosu

Martın 17-də ilaxır çərşənbə ilə bağlı paytaxt Bakıda konsert və atəşfəşanlıq olacaq.

Əvvəlcə həmin gün saat 11:00-da paytaxtda Azneft meydanından keçən dəvə karvanı Atəşgaha hərəkət edəcək.

Milli geyimli oğlan və qızlar Novruz personajlarının iştirakı ilə musiqi sədaları altında Atəşgahdan od gətircəklər. Həmin odla saat 19:00-da Qoşa Qala qapısının qarşısında meydanında tonqal yandırılacaq. Bundan sonra bayram konserti və atəşfəşanlıq olacaq.

Xəbəri Bakı şəhər icra hakimiyyəti yayıb.

Martın 19-da da Bakıda Dənizkənarı Bulvarda bayram tədbiri keçiriləcək. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a bildirib ki, bu, hər il keçirilən ənənəvi bayram tədbirlərindən biridir: “Tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Atəşfəşanlığın da həmin gün olması nəzərdə tutulub”.

Hökuməti qərarı ilə martın 20-dən 26-a qədər Azərbaycanda Novruz Bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilib.

XS
SM
MD
LG