Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Rusiya televiziyası Putinin görüşünü göstərib


Vladimir Putin və Vyacheslav Lebedev

Vladimir Putin və Vyacheslav Lebedev

“Rossia-24” kanalı prezident Vladimir Putinin Ali Məhkəmənin sədri Vyacheslav Lebedevlə görüşündən məqamları göstərib.

Bu Putinin martın 5-dən bu yana ictimaiyyət qarşısında ilk görüntüsüdür.

Kadrlardan onun Moskva ətrafındakı Novo-Oqarevodakı iqamətgahında olduğu görünür.

Görüşdə məhkəmə sistemində islahatlar müzakirə olunub.

Bu görüntülər Kremlin saytında martın 13-də yerləşdirilsə də Rusiyanın RBK agentliyi bu kadrların müxtəlif vaxtlarda çəkildiyini xəbər verir.

Martın 12-13-də Putinin Qazaxıstana səfəri gözlənilirdi.

Amma prezidentin mətbuat xidməti martın 11-də bu səfərin bir neçə günlük təxirə salındığını bəyan elədi.

Astanada Avrasiya birliyinə daxil olan Rusiya,Belarus və Qazaxıstan prezidentlərinin görüşü nəzərdə tutulur.

Adı çəkilməyən Qazaxıstan rəsmisi həmin vaxt bunun səbəbinin Putinin səhəti ilə bağlı olduğunu demişdi.

Amma Kreml 62 yaşlı Putinin özünü çox yaxşı hiss etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG