Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

BP şirkəti Trans-Anadolu boru kəməri konsorsiumuna qoşulub.

Anadolu agentliyinin məlumatına görə sənəd martın 13-də Türkiyədə imzalanıb.

Beləliklə BP-nin layihədə 12, Azərbaycan Dövlət Neft Şirkətinin 58, Türkiyənin BOTAŞ şirkətinin isə 30 faiz payı olacaq.

TANAP layihəsi ilə Azərbaycanın Şahdəniz yatağından qazın Gürcüstan vasitəsi ilə Türkiyə, ordan isə Avropaya çıxarılması nəzərdə tutulur.

Martın 17-də Türkiyənin Kars şəhərində TANAP-ın təməlqoyma mərasimi olmalıdır.

Mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı nəzərdə tutulur.

Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.

İllik hasilat 16 mlrd. kubmetr olacaq ki, bunun 10 mlrd kubmetri Avropa, 6 mlrd kubmetri isə Türkiyəyə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG