Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:35

Milli Şura mitinqlə bağlı təşkilati məsələləri müzakirə edib


Cəmil Həsənli
Cəmil Həsənli

-

Martın 13-də Milli Şuranın Koordinasiya Şurası martın 15-ə təyin etdiyi mitinqlə bağlı təşkilati məsələləri müzakirə edib.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, mitinqdə səslənəcək şüar və tələblər bütün ölkə boyunca eşidiləcək. Bu da hökumət və xalqın sonrakı qərarına təsir göstərəcək.

AXCP sədri Əli Kərimli Koordinasiya Şurası üzvlərinə hökumətyönlü haker qruplarının kəskin fəallaşması barədə məlumat verib. Deyib ki, onlar «facebook» fəallarının profillərinə hücumlar edirlər.

Cəmil Həsənlinin də profili sındırılıb. Onun adından məlumatlar yayılıb ki, guya mitinqin keçirilməsindən imtina edilib və ya Bakı İcra Hakimiyyəti qadağan edib.

Mitinq «Məhsul» stadionunda «Talançılığa son” şüarı altında keçiriləcək.

Aksiyaya Bakı şəhər İcra Hakimiyyəti icazə verib.

Mitinqdə fevralın 21-də manatın 33 faiz devalvasiyası barədə hökumətin qərarına etiraz olunacaq.

Mitinqdə əsas şüarlar və çıxışlar da manatın devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı olacaq. Mitinqdə siyasi tələblər də irəli sürüləcək.

Milli Şura sonuncu dəfə keçən ilin noyabrın 9-da siyasi məhbuslarını azadlığa buraxılması tələbi ilə mitinq keçirib.

XS
SM
MD
LG