Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Elmar Məmmədyarov AzadlıqRadiosunun rəsmiləri ilə görüşüb


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

-

Martın 13-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Yayım Şurası İdarə Heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Jeffrey Trimble və AzadlıqRadiosunun maliyyə məsələləri üzrə vitse-prezidenti John Giambalvo-nu qəbul edib. Görüşə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da qatılıb.

Xəbəri Xarici İşlər Nazirliyi yayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da danışıqları nəzərdə tutulub.

Dekabrın 26-da prokurorluq əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, avadanlıq və sənədləri müsadirə edib, ofisi möhürləyiblər. Radionun 20-dən artıq əməkdaşı prokurorluğa çağırılaraq dindirilib.

2014-cü il dekabrın 5-də radionun əməkdaşı Xədicə İsmayıl həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG