Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

Putin qırğızıstanlı həmkarı Atambaevlə görüşəcək


Almazbek Atambaev və Vladimir Putin

Almazbek Atambaev və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin martın 16-da qırğızıstanlı həmkarı Almazbek Atambaevlə görüşəcək.

Bu barədə Putinin mətbuat xidməti martın 13-də məlumat yayıb.

Məlumata görə, prezidentlər Sankt-Peterburqda ikitərəfli münasibətləri və Qırğızıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə mümkün üzvlüyünü müzakirə edəcəklər.

Martın 12-13-də Putinin Qazaxıstana səfəri gözlənilirdi.

Amma prezidentin mətbuat xidməti martın 11-də bu səfərin bir neçə günlük təxirə salındığını bəyan elədi.

Astanada Avrasiya birliyinə daxil olan Rusiya,Belarus və Qazaxıstan prezidentlərinin görüşü nəzərdə tutulur.

Adı çəkilməyən Qazaxıstan rəsmisi həmin vaxt bunun səbəbinin Putinin səhəti ilə bağlı olduğunu demişdi.

Amma Kreml 62 yaşlı Putinin özünü çox yaxşı hiss etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG