Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

Avropa Parlamenti Nemtsov-un qətli ilə bağlı müstəqil araşdırma tələb edir


Avropa Parlamenti
Avropa Parlamenti

-

Avropa Parlamentinin üzvləri rusiyalı müxalif siyasətçi Boris Nemtsov-un qətli ilə bağlı müstəqil beynəlxalq istintaq aparmağa çağırıblar.

Qurumun qəbul etdiyi qətnamədə Nemtsov-un qətli müasir Rusiya tarixində ən mühüm siyasi qətl adlandırılır.

Qətnamədə bildirilir ki, Kremlin apardığı təbliğat Rusiyanı repressiya, nifrət və qorxu dövlətinə çevirir.

Prezident Vladimir Putin-in sözçüsü qətnaməni gülünclə qarşılayıb. Deyib ki, Rusiyanın özünün apardığı istintaq yetərlidir.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında güllələnib.

XS
SM
MD
LG