Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

-

Martın 10-da Tərtər rayonunda Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılanlardan biri Vüqar Əliyev haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 228.1. maddəsi (qanunsuz olaraq odlu silah, döyüş sursatı satma, saxlama, daşıma) ilə ittiham elan edilib.

Bu haqda AzadlıqRadiosuna Vüqar Əliyevin vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirir ki, martın 12-də istintaq orqanı müdafiəçi kimi ona xəbər vermədən təqdimatla məhkəməyə müraciət edib. Nərimanov rayon Məhkəməsi Vüqar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

GÖRÜŞƏ İCAZƏ VERİLMİR

Cavad Cavadova Vüqar Əliyevlə görüşməyə də imkan verilmir:

«Mənə bildirdilər ki, hələ müstəntiq təyin olunmayıb. Bundan sonra müqaviləni surətli poçtla yolladım (sənəd həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCQMİ) çatıb), məhkəmə nəzarəti qaydasında müdafiə hüququnun pozulması, müdafiəçi kimi görüşməyimə imkan verilməməklə bağlı martın 11-də Nərimanov rayon Məhkəməsinə şikayət verdim. Bütün bunlara baxmayaraq, martın 12-də yenə də BMCQMİ mənə Vüqar Əliyevlə görüş verilməsindən imtina edib. İstintaq orqanının bu davranışı Vüqar Əliyevin səhhəti və durumu, ona işgəncə ehtimallarına dair təbii şübhələr yaradır. Eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuatda gedən rəsmi açıqlaması Vüqar Əliyevin təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır. Bununla bağlı müdafiə tərəfi ayrıca məhkəməyə müraciət edəcək».

SURİYAYA ADAM YOLLAYIRMIŞ

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun martın 11-də yaydığı məlumata görə, Tərtər rayonunda Azərbaycan vətəndaşlarını Suriyada döyüşlərə cəlb edən şəxslər tutulub.

Əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıb.

Rəsmi məlumata əsasən, onların yaşadıqları mənzillərə baxış zamanı 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər götürülüb.

Həbs olunanların yaxınları ittihamları qəbul etmir.

XS
SM
MD
LG