Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:51

Əhmədlidə istirahət parkını şumlayıb yerində göydələn tikirlər


Arxiv fotosu
Arxiv fotosu

-

"Parkı şumlayıb yerində göydələn tikirlər. Uzun illərdir burada yaşayırıq, binamızın qarşısındakı bu park uşaqlarımızın, özümüzün istirahət məkanımız olub. Kimsə pullu birisi çıxıb, bu boyda binaların sakinlərinin istirahət yerinə qənim kəsilib".

Bunu "Qaynar xətt"ə Yeni Əhmədli, Xudu Məmmədov küçəsi 33 saylı binanın sakinləri deyib. Onların deməsinə görə, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən parkda neçə gündür "iş gedir".

Bina sakini Nizami Əsədov:

"Bir səhər oyandıq ki, parkdakı idman qurğularını, yelləncəkləri yerindən qoparıb atıblar kənara. Təsəvvür edin ki, biz bir ay bu özbaşınalığı edən şirkətin adını, kimə məxsus olmasını aydınlaşdırmağa çalışdıq. Bu gün bir qrup fəhlə gəlir, sabahı gün başqa bir qrup fəhlə... İş icrasının adını da öyrənə bilmirdik. Nəhayət, verdik məhkəməyə. İşi dayandırdılar. Gördük iş dayanıb, bizdə şikayətimizin dalıyca getmədik. İki aydan sonra gördük ki, yenə tökülüşüblər əraziyə. Yenə ağır texnikaları gətirdilər, başladılar davam etməyə. İş orasındadır ki, bunlar təkcə parkla kifayətlənmirlər, binamızın həyətinə də giriblər".

"Qaynar xətt" ərazidə aparılan şirkətin parkın ərazisində tikinti aparan şirkətin mövqeyini öyrənə bilmədiyi üçün adını açıqlamır.

Xətai rayon İcra Hakimiyyəti isə ərazidəki tikintiyə görə şirkətin müvafiq sənədləri olduğunu bildirib.

Hüquqşünas Namizəd Səfərov deyir, tikililər arasında ara məsafələr haqqında qanunvericiliyə görə, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin.

Sakinlərin isə deməsinə görə, yeni tikinti ilə 33 saylı binanın arasında məsafə qoyulmayıb.

XS
SM
MD
LG