Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

"Həm məktəbdə müəllimlik edirlər, həm də bələdiyyə üzvüdürlər"


Arxiv fotosu

Arxiv fotosu

-

Şəmkir rayonu, Seyfəli kənd sakini Flora Məmmədova "Qaynar xətt"ə şikayət edib. O, kənd orta məktəbindəki neqativ hallardan narazılıq bildirir.

"Aşağı Seyfəlidə bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyini irəli sürmüş Müşviq Süleymanov adına tam orta məktəbin müəllimələri Şahnaz Məmmədova, Hafizət Vəliyeva, Nailə Namazova, Mətanət Namazova, 2 saylı orta məktəbin müəllimələri - Samirə Əliyeva və Aşağı Seyfəli tam orta məktəbin müəllimələri Kifayət Abbasova, Yeganə Məmmədova Sevinc İsayeva, Nərminə Zalova seçki kampaniyasında iştirak ediblər. Müəllimələr seçkiyə start verilən gündən məktəbdə dərsə gediblər. 23 dekabr 2014-cü ildə seçki başa çatıb və yuxarıda qeyd etdiyim məktəblərin müəllimələri bələdiyyəyə üzv seçiliblər. Lakin M.Süleymanov adına Seyfəli kənd orta məktəbin indiki direktor əvəzi Akif Namazov bu şəxslərə məktəbdə işləmələrinə dair qanunsuz olaraq əmək haqqı yazır. Halbuki həmin müəllimələrin ikinci işdə işləmək hüququ yoxdur. Onlar bələdiyyəyə üzv seçiliblər”.

"ŞAGİRDLƏRİ TƏHQİR EDİR"

Kənddə ali təhsilli işsiz müəllimlər kifayət qədər olduğunu xatırladan şikayətçi daha sonra yazır:

“Direktor əvəzinin özbaşınalıqları bununla da bitmir. Dərsdən sonra məktəbdə şagirdlərə məşğələ keçən müəllimləri və şagirdləri küçə söyüşləri ilə təhqir edib. İllərdir bu məktəbə direktor təyin edilmir. Direktor əvəzi Akif Namazovun özbaşınalıqları haqda Şəmkir Rayon Təhsil Şöbəsinə dəfələrlə yazılı və şifahi məlumat versək də heç bir tədbir görülməyib”.

Sonda şikayətçi başda prezident olmaqla, aidiyyəti qurumlardan məktəbdəki özbaşınalıqlara son qoyulması üçün araşdırma aparılmasını xahiş edir.

Şəmkir rayon Təhsil Şöbəsindən "Qaynar xətt"ə bildiriblər ki, Seyfəli kənd orta məktəbindəki vəziyyəti araşdıracaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG