Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:54

Ukrayna martın 13-dək BVF-dən 5 milyard dollar alacaq


Dollar və qrivna
Dollar və qrivna

-

Kiyev Beynəlxalq Valyuta Fondunun yeni 4 illik kredit proqramının 5 milyard dollarlıq ilk tranşını martın 13-dək alacağına ümid edir.

Bunu Ukraynanın maliyyə naziri Natalie Jaresko deyib.

BVF Ukraynanı iflasdan xilas etmək üçün martın 11-də 17.5 milyard dollarlıq kredit proqramını təsdiq edib.

N.Jaresko-nun sözlərincə, ilk tranşın 2.2 milyard dolları milli valyutanın sabitliyinə nail olmaq üçün ölkənin Mərkəzi Bankına ötürüləcək. Məbləğin qalan 2.8 milyardı hökumətə yönəldiləcək.

Ölkənin milli pul vahidi olan qrivna ötən bir il ərzində dollar qarşısında dəyərinin üçdə ikisindən çoxunu itirib.

Hökumət ilin sonunadək 3 min 300 dövlət şirkətini özəlləşdirməyi planlaşdırır.

XS
SM
MD
LG