Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

İlham Əliyev: «Şuşada da «ASAN Xidmət» açacağıq»


İlham Əliyev Bərdədə «ASAN xidmət»in açılışında – 12 mart 2015

İlham Əliyev Bərdədə «ASAN xidmət»in açılışında – 12 mart 2015

-

«Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə «ASAN xidmət» çox mühüm rol oynayır».

Bunu martın 12-də prezident İlham Əliyev Bərdədə regional «ASAN xidmət» mərkəzinin açılışında bildirib.

İlham Əliyev deyib ki, iki ildən bir az çox müddət ərzində fəaliyyət göstərən «ASAN xidmət»ə 4 milyon 120 min müraciət olub:

«Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyasız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. «ASAN xidmət» doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub».

«ÖZ GÜCÜMÜZƏ GÜVƏNMƏLİYİK»

İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

«Bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir...Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz «ASAN xidmət»i Şuşada da yaradacağıq» - prezident bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG