Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Kremlin sözçüsü: Putin tam sağlamdır, sadəcə çox məşğuldur


Dmitry Peskov və Vladimir Putin - 2013

Dmitry Peskov və Vladimir Putin - 2013

-

Vladimir Putin-in sözçüsü Rusiya prezidentinin səhhətində problem olması ilə bağlı iddiaları rədd edib.

Dmitry Peskov deyib ki, Putin tam sağlamdır. Sadəcə, çox məşğul olduğuna görə ictimaiyyət qarşısına çıxmağa vaxtı olmur.

Rusiya prezidentinin səhhəti ilə bağlı xəbərlər martın 12-13-də Astanada Qazaxıstan və Belarus prezidentləri ilə görüşün təxirə salınmasından sonra yayılmışdı. Bunun ardınca isə qazax rəsmilərindən biri onun xəstə olması ehtimalı barədə fikrini media ilə bölüşmüşdü.

62 yaşlı Putin martın 5-dən bu yana televiziyaya və ictimaiyyət qarşısına çıxmır.

Peskov-un bu açıqlamasından bir qədər sonra Kreml Putin-in martın 12-də ermənistanlı həmkarı ilə telefonla danışması xəbərini yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG