Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

-

Martın 13-də ABŞ dövlət katibi John Kerry Misirə gedir.

Kerry Misir rəhbərliyi ilə qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcək. Daha sonra Şarm əl-Şeyxdə keçiriləcək iqtisadi inkişaf konfransında iştirak edəcək.

Dövlət katibinin prezident Abdel Fattah al-Sisi ilə görüşündə «İslam Dövləti» təşkilatına qarşı beynəlxalq koalisiyanın əməliyyatları, qonşu Liviyada vəziyyət və Suriyada davam edən münaqişə müzakirə obyekti olacaq.

Tərəflərin İranla altı dövlət arasında nüvə danışıqları ilə bağlı məsələyə da toxunacaqları gözlənilir.

Kerry Avropa İttifaqının koordinasiya etdiyi 5+1 formatında keçirilən növbəti nüvə danışıqları çərçivəsində iranlı həmkarı Mohammad Javad Zarif ilə görüşmək üçün martın 15-də İsveçrəyə gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG