Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39

İslandiya hökuməti bəyan edib ki, Avropa İttifaqına üzvlük üçün müraciətini geri götürür.

İslandiyanın xarici işlər naziri Gunnar Bragi Sveinsson deyib ki, bu barədə artıq Avropa İttifaqının hazırkı prezidenti olan Latviyanı və Avropa Komissiyasını xəbərdar edib.

Reykyavik 28 üzvlük ittifaqa qoşulmaq niyyətindən niyə vaz keçdiyini açıqlamayıb.

Lakin 2013-cü ilin seçkisində qalib gəlmiş iki avroskeptik partiya bildirib ki, ölkə Avropa İttifaqı üzvləri ilə ikitərəfli münasibətlərdən kifayət qədər fayda görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG