Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

Nigeria islamçılarla vuruşmağa günü 400 dollara muzdluları gətirir


Boko Haram döyüşçüləri.
Boko Haram döyüşçüləri.

Nigeriya islamçı Boko Haram təşkilatının döyüşçüləri ilə mübarizə üçün Cənubi Afrika və keçmiş Sovet İttifaqından yüzlərlə muzdlunu cəlb edib.

Bu barədə xəbərlər ilkin olaraq sosial mediada yayılıb.

Nigeriya hökuməti bu xəbəri şərh etməkdən imtina edib.

Bununla belə, Cənubi Afrika Respublikasının müdafiə mənbələri muzdluların özəl şirkət olan “Executive Outcomes” tərəfindən səfərbər edildiklərini bildirib.

Bu şirkət 1975-2002-ci illərdə Anqolanın vətəndaş müharibəsində, habelə 1995-cı ildə Syerra Leonedəki münaqişədə iştirak edib.

Mənbə bildirib ki, Boko Harama qarşı hücum əməliyyatlarında bir neçə yüz əcnəbi muzdlu iştirak edir.

Muzdlu əsgərlərə günə 400 dollar məvacib ödənir.

Müşahidəçilər dalbadal məğlubiyyətlərdən sonra Nigeriya hökumət qoşunlarının xeyli fəallaşdığını qeyd edirlər.

XS
SM
MD
LG