Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:49

Rusiya və Şimali Koreya aralarındakı iqtisadi və siyasi münasibətləri dərinləşdirmək niyyətlərini elan ediblər.

Şimali Koreyanın dövlət mediası bildirir ki, iki ölkə “Koreyanın azad olunmasınınvə Rusiyanın vətən müharibəsindəki qələbəsinin 70-ci ildönümünün təsadüf etdiyi 2015-i dostluq ili elan etmək qərarına gəlib”.

Kreml Şimali Koreya lideri Kim Jong-un-un Moskvada keçiriləcək 9 may bayramına dəvət olunduğunu təsdiq edib.

Bu səfər Kim-in Şimali Koreya xaricinə ilk ziyarəti olmalıdır.

Onun atası, ölkənin keçmiş lideri Rusiyaya 2011-ci ildə səfər etmişdi.

Qərb mediası bildirir ki, Moskva və Pxenyanı yaxınlaşdıran onların hər ikisinin beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmalarıdır.

Bu da xəbər verilir ki, Pxenyanın Moskvaya üz tutmasına başqa bir səbəb onun Pekinlə münasibətlərinin soyumasıdır.

Rusiya Şimali Koreyanın mineral ehtiyatlarına çıxış müqabilində ölkənin sınıq-salxaq dəmir yolu infrastrukturuna 25 milyard dollar investisiya yatıracağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG