Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

İranın ali rəhbəri ayətullah Ali Khamenei ABŞ senatorlarının məktubuna cavab olaraq bildirib ki, “İran Amerikadan dərs almağa hazırlaşmır”.

Respublikaçı senatorların İrana məktubunu şərh edən ali rəhbər nüvə danışqılarının taleyindən narahat olduğunu bildirib, çünki “qarşı tərəf riyakar və arxadan vurandır”.

Ötən həftə ABŞ-ın 47 senatoru İran rəhbərlərinə yazdıqları açıq məktubda bildirmişdilər ki, prezident Barack Obama hakimiyyətdən gedən kimi İranla nüvə sazişinin üstündən xətt çəkilə bilər.

Bu məktub ABŞ-ın özündə prezident administrasiyası tərəfindən tənqid olunub və birmənalı qarşılanmayıb.

Ayətullah Khamenei deyib ki, “bu məktub Birləşmiş Ştatlarda siyasi ədəbin iflasa uğradığını nümayiş etdirir”.

O deyib ki, hökumətlər öz öhdəliklərinə dəyişən hökumətlərlə yox, beynəlxakq qanunlarla bağlı olmalıdırlar.

İranın ali rəhbəri ölkənin xarici işlər naziri Mohammad Javad Zarif-in başçılığı ilə aparılan İran-Qərb danışıqlarına dəstək verdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG