Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

Çexiyanın təhlükəsizlik xidmətləri Praqada çalışan üç Rusiya diplomatının casusluqla məşğul olduqlarından şübhələnir.

Bu barədə xəbərlər hökumət mənbələrinə istinad edən yerli media tərəfindən yayılıb.

Rusiya hökumıəti bu xəbərlərə hələlik münasibət bildirməyib.

Məlumatlara görə şübhəli bilinən iki diplomat Rusiyanın Praqadakı səfirliyində çalışır, üçüncü diplomat isə başqa bir ölkədə akrreditə olunub.

Çexiya mediasında yayılmış xəbərlərə görə sözü gedən diplomatlar artıq ölkə ərazisini tərk ediblər.

Çexiyanın respublika radiosu xəbər verir ki, buna cavab olaraq Rusiya Çexiya diplomatlarından birini persona non-grata elan edib, başqa bir çex diplomatının akkreditasiyası isə qeydiyyata alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG