Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

-

Bakıda açılan rəsm sərgisinin ilk baxışda qəribə adı var: “Qeyb olan qadın”

İngilis rəssamı Sarah Knill-Johnson-undur Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlər.

O deyib ki, dörd ildir Bakıda yaşayır və müvəqqəti olaraq Azərbaycanda yaşayan qadınlara coğrafi yerdəyişmənin təsirini öyrənir.

Onun sözlərinə görə, belə qadınlara dünyagörüşünün genişlənməsi, həyatdakı dəyişikliklərə dözümlü yanaşma cəhətləri ilə yanaşı təcrid olunma, orientasiyanın itirilməsi, yadlaşma hissləri də xasdır.

Rəssam “Qeyb olan qadın” layihəsində könüllü iştirak etməyə razılıq vermiş qadınların özlərinin seçdiyi yerlərdə fotolarını çəkib və sonra onların üzünü, libasını elə boyayıb ki, sanki tədricən yoxa çıxırlar.

Sərgiyə yüzə qədər belə foto daxildir.

Sərgi aprelin 1-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG