Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:58

Həm qəddar fateh, həm də mədəniyyət hamisi...


-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi:

Justin Marozzi “Tamerlan”

Teymur – Dəmir Teymur, müasirləri onu belə adlandırırdılar.

Dünyanı fəth edən böyük fatehlərin sonuncusu.

Orta əsrlərin əfsanəvi sərkərdəsi, rəvayətə görə, doğulanda ovcunda qurumuş qan olub.

Nəhəng imperiyanın yaradıcısı.

Məğlubedilməz sərkərdə və hərbi strategiyanın nadir bilicisi.

O, qəddar və amansız idi, lakin məhz onun hökmranlığı dövründə Mərkəzi Asiyada elm və incəsənət çiçəklənməyə başladı.

Teymur necə adam idi?

Bu suala alim və jurnalist Justin Marozzi öz kitabında cavab verməyə çalışıb. Tərcüməçi : Zakir Abbas

Курбан Саид “Девушка из Золотого Рога"

Dünya şöhrətli “Əli və Nino” romanının müəllifi Qurban Səiddən növbəti kitab: “Девушка из Золотого Рога”

Türk qızı ilə şahzadə Əbdül Kərimin mühacir həyatı.

Avropa sivilizasiyasına uyğunlaşa bilməyən qəhrəmanlar üçün köhnə həyat da məhv olub.

Məhv olmayan yalnız dindir və onlar ruhi tarazlığı dində axtarırlar...

XS
SM
MD
LG