Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

-

“Deyirlər yol mədəniyyətdir, ay nə bilim nədir… Vallah, mən bu illər ərzində Kürdəmir-Pirili yolunda mədəniyyət sozünün bircə hərfini də görmədim. Dizə çıxan palçığın içində hansı mədəniyyətdən danışmaq olar?”

Yaşadığı kəndin dərdini "Qaynar xətt"ə danışan İbrahim Abbasov 20 ildir ki, Kürdəmir-Pirili marşrutu üzrə mikroavtobusda sürücü işləyir. O, illərdir ki, bu tanış yollarda çəkdiyi məşəqqətlərdən cana doyduğunu deyir:

YAĞIŞ YAĞANDA BU YOLLARDA HƏRƏKƏT DAYANIR

“Rayon mərkəzi ilə Pirili kənsinin arası vur-tut 12 kilometrdir. 10 dəqiqəlik yolu 1 saat yarıma, 2 saata gedib çıxırıq. Mənim bütün qazancım təmir sexlərinə gedir. Hər dəfə yolum təmir sexinə düşəndə soğan qabığı kimi soyuluram. Papağımı qabağıma qoyub ha fikirləşirəm ki, sürücülüyü atıb hansı işin qulpundan yapışım bu yaşda…”

Yağış yağanda yollar ümumiyyətlə, keçilməz olur. Kəndlə rayon arasındakı hərəkət dayanır. Sürücünün sözlərinə görə, sakinlər yolun, daha doğrusu, bu yolu düzəltməli olan yerli qurumların əlində əsir-yesir qalıblar.

“HAMİLƏ QADINLAR YOLLARLA DOĞUR”

Pirili sakini Əmralı Mütəllimzadə də rayonla kəndi birləşdirən yolun bərbad vəziyyətdən gileylənir. Deyir ki, yağış yağanda, qar yerə qoyanda Piriliyə gediş-gəliş iflic vəziyyətə düşür.

“Bəzən xəstəni rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmirik, yolda keçinir. Hamilə qadınlar elə yoldaca doğur” - Ə.Mütəllimzadə deyir.

Pirilidə azı 600 ailə yaşayır. Kəndin problemləri saysız-hesabsızdır. Ancaq sakinləri əsas narahat edən rayonla əlaqəyə yeganə vasitə hesab olunan yolun vəziyyətidir. Şikayətçinin sözlərinə görə, rayonun bir sıra məmurları elə bu kənddə doğulublar. Buradan Bakıya təhsil almağa gediblər. Rayona vəzifə sahibi kimi qayıdıblar, ancaq kəndin yolunu yerli-dibli “unudublar”.

238 MİN MANATLIQ HANSI İŞ GÖRÜLÜB?

Kənd sakini Xalid Abbasov isə yol probleminin kəndlilərin iqtisadi durumuna vurduğu zərərdən danışır:

“Bu kənddə yaşayanlar maldarlıqla, əkinçiliklə dolanır. Ancaq yol bərbaddır deyə heç bir müştəri bu kəndə gəlmək istəmir”.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun ötən ilin 9 ayına dair hesabatında isə qeyd olunur ki, rayonun Sor-Sor, Muradxan, Yenikənd-Dəyirmanlı, Qurd Bayram və Sığırlı-Ərəbqubalı, Pirili, Təklə kənd yollarında 238 min manatlıq çınqıl və asfalt işləri görülüb. Kəndlilərsə deyirlər, bir müddət əvvəl icra hakimiyyətinin fəhlələri gətirib yolun başlanğıc hissəsinə bir-iki maşın daş töküb gedilər.

Sürücü İbrahim Abbasov:

“Gördük icra hakimiyyəti hərəkət eləmir, 10 il bundan əvvəl özümüz yığışıb pul toplayıb daş-filan alıb tökdük yola… Elə mən özüm o vaxt 100 dollar vermişdim. Ötən payızda isə gətirib kəndin başına bir-iki maşın çınqıl töküb getdilər”.

Bu tələm-tələsik “çınqıl əməliyyatı” isə elə başçının hesabatı dövrünə düşüb. Kəndlilər hesab edir ki, icra başçısı kəndin adını hesabata salmaq üçün bir-iki maşın çınqılla “işləri yola verib”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG