Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

.

“Dollar tezliklə avrodan da baha olacaq” – bunu "Washington post" martın 11-də dünyanın valyuta bazarında baş verənlər haqqında təhlilində qeyd edir.

Qəzet yazır ki, valyuta müharibəsi gedir və bundan da ABŞ itirir. Beləki, son 12 ildə avro ilk dəfə bu qədər ucuzlaşıb və 1 avro – 1,05 dollara qədər düşüb. Hələ ötən il 1 avro - 1,39 dollar olan vaxtlar olub. Son 11 ayda avro 24% ucuzlaşıb. Ucuzlaşmaqda da davam edəcəyi gözlənilir.

2014-CÜ İL: 1 AVRO 1,39$,
2017-Cİ İL: 1 AVRO – 0.90$ OLA BİLƏR

Dollar dünya bazarında neftin qiyməti ucuzlaşandan sonra güclənməyə başladı. Cənubi Afikada da, Türkiyədə də, az qala dünyanın hər yanında milli məzənnələr dollara nisbətdə ucuzlaşır. "Washington post" keçən 1 1.39 dollara satılan avronun kursu qarşıdakı illərdə aşağıdakı kimi ola bilər:

2015-ci ilin əvvəli - 1 avro - 1,05 $
2016-ci ilin sonunda - 1 avro – 0.90 $
2017-ci ilin sonunda - 1 avro – 0.85 $

“MANATIN UCUZLAŞMASI QAÇILMAZDIR”
İqtisadçı Zöhrab İsmayıl fikrincə, Azərbaycan manatı da qiymət itirəcək, çünki hökuməti manatı sabit saxlamaq gücündə deyil. Təkcə, fevralda Mərkəzi Bank 1,7 milyard dollar xərcləyib:

“Ən böyük inventesiya fevral ayında olub. Özü də belə görünür ki, Mərkəzi Bank cəmi fevralın ilk 20 günündə manatı sabit saxlamağa bu qədər vəsait xərləyib. Son 3 ayda Mərkəzi Bank ümumilikdə 4 milyard dollarlıq müdaxilə edib. Bu Mərkəzi Bankın ümumi ehtiyatının 24 %-i deməkdir. Bu, çox böyük məbləğdir. Devalvasiya olmasaydı yaxın 6 ayda Mərkəzi Bankın valyuta ehtiyatı tamamilə tükənə bilərdi”.

Prezident İlham Əliyev rəsmi çıxışlarında tez-tez dünyada baş verən iqtisadi böhranın Azərbaycandan yan keçdiyini vurğulayır. Bəs, indi Azərbaycan dünyadakı bu proseslərdən necə çıxa biləcək?​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG