Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Apellyasiya Məhkəməsi Xədicə İsmayılın şikayətini təmin etməyib


Xədicə İsmayıl

Xədicə İsmayıl

Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması barədə şikayətini təmin etməyib.

Bununla da Nəsimi Rayon Məhkəməsinin 6 mart tarixli qərarı qüvvədə qalıb.

Vəkil Fəxrəddin Mehdiyev Turana bildirib ki, iclasda həmçinin vəkil Yalçın İmanovun Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırılması barədə qərar çıxarılıb.

Müstəntiq bildirib ki, Yalçın İmanov axtarış zamanı şahid kimi keçdiyindən müdafiə funksiyasını yerinə yetirə bilməz.

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi başqa ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Azərbaycan hakimiyyəti isə deyir ki, ölkədə heç kim siyasi və jurnalist fəaliyyətinə görə həbs edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG