Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov müəyyən qrupların iyunun 1-dən ölkədə dinc mitinqlər keçirməsinə icazə verib.

Dövlət informasiya agentliyinin məlumatına görə, yeni qanuna görə, kütləvi tədbirlərin təşkilatçıları Türkmənistan vətəndaşları, bu tədbirlərə görə məsuliyyəti üzərinə götürə bilən partiya, ivtimai qruplar və dini təşkilatlar ola bilər.

Mitinqlər prezident sarayı da daxil olmaqla hökumət binalarından azı 200 metr aralıda keçirilə bilər.

Amma bu tədbirləri şəxsi adamlar və xarici hökumətlər maliyyələşdirə bilməz.

Ammaölkə qanunvericiliyi ilə qadağan edilmiş partiya və təşkilatlar mitinq keçirə bilməzlər.

Sənəddə deyilir ki, qanun vətəndaşların idinc toplaşma hüququnun həyata keçirilməsinə yönəlib.

Türkmənistanda hökumət əleyhinə son mitinq 20 il bundan əvvəl keçirilib.

Həmin aksiyanın iştirakçıları narkoman və içki düşgünlləri kimi həbsə atılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG