Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serzh Sarkisianla telefonla danışıb.

Bu barədə Putinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə onlar qarşılıqlı tərəfdaşlıq və Avrasiya iqtisadi birliyi çərçivəsində inteqrasiya məsələsini müzakirə ediblər.

Ermənistan bu birliyə yanvarda girib.

Məlumatlara görə prezidentlər Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi və İkinci dünya müharibəsində nasist almaniyasının məğlub edilməsinin 70 illiyi ilə bağlı tədbirləri müzakirə ediblər.

Putinin martın 12-13-də Qazaxıstana nəzərdə tutulmuş səfəri bir neçə günlük təxirə salınıb.

Bəzi məlumatlarda onun xəstə olduğu bildirilir.

Astanada Avrasiya birliyinə daxil olan Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin görüşü olmalıdır.

Sarkisian görünür bu görüşə dəvət olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG