Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

İraq ordusu Tikritin mərkəzinə doğru irəliləyir


Tikritdə döyüş
Tikritdə döyüş

İraq ordusu bir neçə istiqamətdən Tikrit şəhərinə hücuma keçərək islamçı yaraqlıları şəhərin mərkəzindən sıxışdırmağa başlayıb.

İraq ordusu ilə şiə döyüşçülər martın 11-də 2 iqstiqamətdən şəhərə giriblər.

Müdafiə naziri Khaled al-Obeidi bildirib ki, təhlükəsialik qüvvələrinin 3-4 günə şəhərin mərkəzinə girəcəyi gözlənilir.

Rəsmilər deyir ki, ordu həddən artıq itki verməmək üçün yavaş-yavaş irəliləyir.

İslam Dövləti yaraqlıları bu şəhəri ötən ilin iyunundan ələ keçiriblər.

Onlar şəhəri əldən verməmək üçün snayperlər, minalanmış maşınlar, intiharçılar və minatanlardan istifadə edirlər.

Əməliyyatların koordinasiyasında İran da iştirak edir.

Döyüşə ümumilikdə 30 min əsgər cəlb edilib.

Yaraqlılar şəhərin şimalında əsas yolları bağlayan Al-Fathaa körpüsünü partladıblar.

XS
SM
MD
LG