Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:59

Milli Şuranın mitinqinə razılıq verildi


Milli Şuranın mitinqi - 9 noyabr 2014
Milli Şuranın mitinqi - 9 noyabr 2014

-

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı apa-ya bildirib ki, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin martın 15-də «Məhsul» stadionunda keçirilməsinə razılıq verilib.

Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.

Bir vaxtlar Milli Şuranın sıralarında olan Müsavatın mitinqdə iştirakı barədə AzadlıqRadiosunun sualını cavablandıran partiya yetkilisi Gülağa Aslanlı deyib ki, müsavatçılar 15 mart mitinqinə qatılmaqda sərbəstdirlər:

«Müsavat Partiyasının istənilən üzvü mitinqə qatıla bilər».

Milli Şura sonuncu prezident seçkisi ərəfəsində yazıçı Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə ölkənin bir qrup müxalifət partiyası tərəfindən yaradılmışdı. Sonrada bəzi partiyalar qurumu tərk edib.

XS
SM
MD
LG