Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

ABŞ və Böyük Britaniya Rusiyanı yeni sanksiyalarla hədələyib


Ashton Carter və Michael Fallon

Ashton Carter və Michael Fallon

ABŞ və Böyük Britaniya Rusiyanı yeni sanksiyalarla hədələyiblər.

ABŞ-ın müdafiə naziri Ashton Carter martın 12-də Pentaqonda britaniyalı həmkarı Michael Fallonla keçirdiyi birgə mətbuat konfransında deyib ki, əgər Rusiya Ukrayna münaqişəsi ilə bağlı Minsk razılaşmalarını pozsa ona qarşı növbəti addımlar atılacaq.

"ABŞ-ın Ukrayna böhranında mövqei lap əvvəldən aydın olub. Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik мə çox açıq şəkildə bildirmişik ki, əgər Rusiya Minsk razılaşmalarının şərtlərini pozsa ona dəyən ziyan armaqda davam edəcək, xüsusilə də avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla əlaqələndirilmiş sanksiyalar yolu ilə".

Həmçinin Böyük Britaniyanın müdafiə naziri Michael Fallon Avropa, ABŞ və NATO-nun bu məsələdə qəti olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG