Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad olacaq


Şövqi Hüseynov Məşədi İbad obrazında

Şövqi Hüseynov Məşədi İbad obrazında

-

Martın 15-də saat 19.00-da Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» tamaşası yeni quruluşda 10-cu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Əməkdar artist Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq.

ŞövqiHüseynov məhz Musiqili Teatrda «O olmasın, bu olsun» tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə 10 mart--Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» mükafatına layiq görülüb.

Ş.Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.

«O olmasın, bu olsun» tamaşasının quruluşçu-rejissoruCənnət Səlimovadır. Tamaşada gülüş ustası Afaq Bəşirqızı, aktyorlar Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG