Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

-

Fransanın Azərbaycandakı səfirliyi 4 azərbaycanlı müəllimi Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edib.

Səfirliyin yaydığı məlumatda deyilir ki, martın 10-da səfir Pascal Meunier Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının direktoru Əli Allahverdiyevə, Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalovaya, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarovaya və Kiş kəndinin 1 nömrəli orta məktəbinin fransız dili müəllimi Qüdrət Muradova ordeni təqdim edib.

«Bu ordenin təltifi ilə Fransa Respublikası onların Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir», - səfirlik bildirir.

Səfirlik əvvəllər də bir neçə fransız dili müəllimini bu ordenlə təltif edib.

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva da Akademik Palma ordeni ilə təltif olunanlar arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG