Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:23

Müharibə suriyalıların 80 faizini yoxsullaşdırıb


Suriyada xarici döyüşçülər

Suriyada xarici döyüşçülər

-

BMT-nin dəstəklədiyi yeni hesabatda bildirilir ki, Suriya müharibəsi əhalisinin 80 faizini səfalətə sürükləyib.

Suriya Siyasi Tədqiqat Mərkəzinin hesabatına görə, münaqişə orta ömür həddini 20 il qısaldıb. 2010-cu ildə münaqişə başlanandan iqtisadi itkilər 200 milyard dolları aşıb.

Martın 11-də yayılan hesabatda Suriya iqtisadi fondlarının “sistematik iflası və dağılması”ndan bəhs olunur.

Nəticədə, əhali təcrid olunub, hökumət ölkə ərazisi və resursları üzərində suverenliyi ələ alıb, inflyasiya yüksəlib, kütləvi işsizlik yaranıb.

Hesabatda humanitar yardımın də azaldığı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG