Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Avronun fasiləsiz ucuzlaşması çərşənbə günü də davam edib.

Avropa İttifaqının vahid valyutası ABŞ dollarına nisbətdə ötən yanvardan bəri 12 faiz ucuzlaşıb.

Xəbər verilir ki, avro başqa valyutalara nisbətdə də ucuzlaşıb.

Hazırda 1 avro 1, 05 dollara bərabərdir.

Ekspertlər deyirlər ki, avronun dollara nisbətdə ucuzlaşması Amerikanın əmək bazarında yaranacaq dirçəliş barədə proqnozlarla əlaqədardır.

Proqnozlara görə, bu səbəbdən Amerika Mərkəzi Bankı faizləri qaldırmağa hazırlaşır.

Dollar başqa valyutalara nisbətdə də son 12 ildə ən yüksək qiymətinə qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG