Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:59

Səudiyyə İsveç nazirinin çıxışına görə səfirini geri çağırıb


İsveçin xarici işlər naziri Margot Wallstrom.
İsveçin xarici işlər naziri Margot Wallstrom.

İsveç hökumətinin ər-Riyadla silah sövdələşməsinə son qoymasının ardınca Səudiyyə Ərəbistanı Stokholmdakı səfirini geri çağırıb.

İsveçin sövdələşmədən çıxmasına səbəb onun xarici işlər nazirinin Ərəb Liqasındakı çıxışının Səudiyyə tərəfindən bloklanması olub.

Çərşənbə günü Səudiyyənin Xarici İşlər Nazirliyi Margot Wallstrom-un qeydlərini “təhqiramiz” və “ölkənin daxili işlərinə qarışılması” kimi qiymətləndirib.

İsveç və Səudiyyə arasında milyonlarla dollarlıq silah eksportu sazişi on il qüvvədə olduqdan sonra gələn mayda başa çatmalı idi.

İsveçin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının səfiri Ibrahim bin Saad Al-Ibrahim-in geri çağırılmasını və bunun Səudiyyənin insan haqlarının tənqidi ilə bağlı olmasını təsdiq edib.

Səudiyyənin qatı tənqidçisi kimi tanınan xanım Wallstrom əvvəllər krallığı “diktatorluq” adlandırmışdı.

Bazar ertəsi xanım Wallstrom Ərəb Liqasının Qahirədə keçiriləcək sammitində edəcəyi çıxışın mətnini internetdə dərc etmişdi.

Səudiyyə məhz bundan sonra çıxışın sammitdə səslənməsinə yol verməyib.

XS
SM
MD
LG