Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

Rusiya İstintaq Komitəsi Dadayevə baş çəkmiş insan haqları fəllarını dindirəcək


Andrei Babushkin
Andrei Babushkin

Müstəntiqlər Boris Nemtsov-un qətlində şübhəli bilinən Zaur Dadayev-ə “Lefortovo” həbsxanasında baş çəkmiş insan haqları fəalı Andrei Babushkin-i və “Moskovskiy Komsomolets” qəzetinin müxbiri Eva Merkacheva-nı dindirmək qərarına gəliblər.

Rusiya İstintaq Komitəsi bildirib ki, ictimai müşahidə komissiyasının (İMK) üzvlərinə Zaur Dadayev-lə görüşə müstəsna olaraq onun saxlanma şəraiti ilə tanışlıq üçün icazə verilib, lakin Babushkin və Eva Merkacheva cinayət işi ilə maraqlanmaqla, nəinki qaydaları, hətta qanunu pozublar.

Merkacheva ittihamları rədd edib və bildirib ki, dindirməyə gəlməyə hazırdır.

Dadayev-ə baş çəkənlər onun bədənində işgəncə izləri olduğunu müşahidə ediblər.

Bununla belə, elə ertəsi gün İMK-nın sədri Anton Tsvetkov həbsxanada saxlanan şübhəlilərin vəziyyətlərinin normal olması barədə bəyanat verib.

Lakin İMK-nın digər üzvləri deyiblər ki, şübhəlilər Shahid Gubashev və Zaur Dadayev oğurlandıqlarını və döyüldüklərini söyləyiblər.

Ən maraqlısı isə budur ki, Dadayev Nemtsov-un qətlində iştirakını təzyiq altında etiraf etdiyini söyləyib.

O deyib ki, bunun müqabilində onun dostu Ruslan Yusupov azadlığa buraxılmalı imiş.

XS
SM
MD
LG