Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:19

Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığması Ermənistan komandasına qalib gəlib


Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığması Kiprdə keçirilən Avropa birinciliyi seçmə yarışlarının birinci matçında 2:1 hesabı ilə Ermənistan komandasına qalib gəlib. AFFA-nın Yarışların Təşkili Komitəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, oyunun 45-ci dəqiqəsində qol buraxmış Azərbaycan futbolçuları qarşılaşmanın ikinci hissəsində 11 dəqiqə ərzində rəqib qapısından iki top keçiriblər. Qələbə kollektivi qrupun liderləri sırasına çıxarıb və artıq yığmanın növbəti mərhələyə çıxmaq uğrunda real mübarizə aparmaq şansı var.


Qarşıda Azərbaycan komandasını Macarıstandan olan yaşıdları və meydança sahibləri ilə görüşlər gözləyir. Bundan sonra yarışın ikinci mərhələsinə çıxacaq ən yaxşı iki kollektiv müəyyən olunacaq.


XS
SM
MD
LG