Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:59

Aclıq edən məhbusdan xəbər yoxdur


Yaxınları martın 2-dən 1 saylı Cəzaçəkmə Müəssisəsində ağzını tikərək aclıq aksiyası keçirən məhbus Elşən Paşayev barəsində heç bir məlumat ala bilmirlər.

Bu barədə AzadlıqRadiosuna məhbusun anası Lidiya Mirzəliyeva məlumat verib.

Onun dediyinə görə, dəfələrlə görüşə getsələr də müəssisə rəhbərliyi görüşə icazə vermir:

“Bütün ailə üzvlərimiz dəfələrlə getmişik, amma görüşə buraxmırlar. Bu müddət ərzində bir dəfə də olsun telefon əlaqəmiz olmayıb. Səhhətindən də xəbər tuta bilmirəm. Rəsi bircə onu deyir ki, hər gün ona yemək təklif edirəm, amma yemir, ona görə də cəzalıdır”.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə həbs edilib, 12 illik həbs cəzasının artıq 10 ilini çəkib.

“PENİTENSİAR XİDMƏT MÜRACİƏTİ QEYDƏ ALMIR”

Anasının iddiasına görə, Elşən Paşayev heç bir cinayət törətməyib, sadəcə onun siyasi fəaliyyətinə görə həbs olunub.

E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Ananın bildirdiyinə görə, buna və ümumiyyətlə, həbsxanada ona qarşı olan təzyiqlərə etiraz olaraq oğlu martın 2-dən aclıq aksiyası keçirir.

Lidiya Mirzəliyeva iddia edir ki, həm özü, həm də oğlu müddətsiz aclıq aksiyasına başlaması ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma qurum onu qeydə almaqdan imtina edib.

Bir müddət əvvəl Penitensiar Xidmət Elşən Paşayevin aclıq aksiyası keçirməsi ilə bağlı məlumatın yalan olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG