Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

-

İndoneziyada bir qadının evini satma elanı müzakirələrə səbəb olub. Elanda göstərilir ki, evi alan şəxslərin eyni zamanda 40 yaşlı ev sahibəsi Wina Liaya evlilik təklif etmək şansı var.

Onun evi Java şəhərində sakit bir ərazidədir. Evin iki yataq otağı, iki hamamı, akvariumu, həyətyanı sahəsi və üstü örtülü qarajı var.

İlkin qiymət kimi də 76.500 dollara təklif olunur. Qiymətdə bazrlıq etməyən alıcılar ev sahibəsinə evlilik təklif edə bilər.

Bu fikri onun beyninə əmlakçı Dian Purna Dirgantara salıb. Dian elan yayımlanandan 1-2 gün ərzində xeyli telefon zəngi aldığını deyir:

“Mən onlarla, hətta yüzlərlə telefon zəngi almışam. Zən edənlərə izah etdim ki, kim evi alacaqsa o, ev sahibəsinə evlənmə də təklif edə bilər. Ancaq bu, mütləq şərt deyil”.

Wina Lia tənha anadır. O bildirir ki, ikinci dəfə öz yarını tapmaq arzusundadır:

“Mən bu fikrimi Diana bildirəndə o belə fikir təklif etdi. Dedi ki, elanın altına “evi alanlar sahibəsinə evlənmə təklif edə bilər” yazaq. Mən də razılaşdım. Hər bir halda, mən özümə ər axtarıram”- deyə Wina Lia bildirib. ​

XS
SM
MD
LG