Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Oqtay Gülalıyevin oğlunun apelyasiya məhkəməsi təxirə salınıb

Martın 11-də Bakı Apelyasiya Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin şikayətinə baxılıb. Bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyev məlumat verib:

“Birinci instansiya məhkəməsi Əlinin 6 ay islah işlərinə cəlb edilməsi və maaşının 15 faizinin tutulması ilə bağlı qərar çıxarmışdı. Həmin qərardan apelyasiya şikayəti vermişdik. Artıq 3 proses keçirilib. İstintaq dövrü və lkin instansiya məhkəməsində bir çox qanun pozuntuları olmuşdu. Buna görə də biz Apelyasi Məhkəməsinin ilkin hazırlıq iclasındailkim məhkəmə istintaqının keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Həmin vəsatət qəbul edilmədi və biz buna görə Ali Məhkəməyə kassasiya şikayəti verdik. Bu günkü məhkəmə kassasiya şikayətinə cavab verilənə kimi, yəni qeyri-müəyyən vaxta kimi təxirə salındı”.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Daha sonra orta məktəbin şagirdlərindən biri Əli Gülalıyevin onu döydüyü iddiası ilə bağlı şikayət etmişdi. Bu şikayət əsasında ötən il oktyabrın 30-da Xətai rayon Məhkəməsi Əli Gülalıyev haqqında 6 aylıq şərti cəza qərarı çıxarmışdı.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Daxili İşlər Nazirliyinin ötən il oktyabrın 10-da yaydığı məlumatda bu işin siyasiləşdirilməsinin yolverilməz olduğu bildirilirdi. Məlumatda qeyd olunurdu ki, Əli Gülalıyev konkret xuliqanlıq zəminində adam döydüyünə görə məsuliyyətə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG