Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:03

İnformasiya Müvəkkilliyinin yaradılmasını sürətləndirmək üçün prezidentə müraciət ediləcək


İnformasiya səhəsində ixtisaslaşan ictimai təşkilatlar prezidentdən İnformasiya Müvəkkilliyinin yaradılmasını sürətləndirməyi xahiş edirlər. Onlar oktyabrın 27-də keçirdikləri dəyirmi masada ölkə başçısına müraciət etmək qərarına gəliblər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün bildirdiyinə görə, 2005-ci ilin dekabrında qəbul olunan «İnformasiyanı əldə etmək haqqında» qanunda informasiyanın alınmasına dövlət nəzarəti üçün 6 ay müddətinə İnformasiya Müvəkkilliyi İnstitutunun yaradılması nəzərdə tutulsa da, bu proses gecikir. Cənab Gündüz deyir ki, institutun yaradılması gecikdikcə, vətəndaşların hüquqları pozulur, onlar dövlət qurumlarından məlumat ala bilmirlər.


Hazırda ictimai təşkilatlar arasında bu müraciətin imzalanması prosesi gedir. Onlar sənədi bazar ertəsi prezidentə göndərməyi düşünürlər.


Qanuna görə, prezident İnformasiya ombudsmanının seçilməsi üçün Milli Məclisə üç nəfərin namizədliyini təqdim etməli, parlament isə onların arasından birini seçməlidir.
XS
SM
MD
LG