Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Azərbaycan «Şahdəniz»in ilk qazından istifadə edə bilməyəcək


Devid Vudvord: «Biz bilirik ki, Azərbaycanın əlavə qaz ehtiyatları var»

Devid Vudvord: «Biz bilirik ki, Azərbaycanın əlavə qaz ehtiyatları var»

Yaxın həftələrdə «Şahdəniz» yatağından ilk qaz hasil ediləcək. Ancaq müqavilədə nəzərdə tutulan dövlətlər-Azərbaycan, Gürcüstan və Türkiyə həmin qazı ala bilməyəcək. Yatağın işlənməsi üzrə müqavilənin operatoru olan «bp-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord deyir ki, çıxarılacaq qaz alıcılara verilməsi üçün həmin dövlətlərin üçünün də qazı qəbul edən qurğuları hazır olmalıdır.


Azərbaycanın qaza olan illik tələbatı təxminən 10 milyard kub metrə hesablanır

Əgər bu dövlətlərdən birinin qurğuları hazır olmazsa, onda digər ölkələrə də qaz verilməyəcək. Çünki bu halda hazır olmayan dövlətin payına düşən qaz başqa ölkəyə verilmiş olacaq.


Cənab Vudvordun sözlərinə görə, qazı qəbul etməyə yalnız Azərbaycan hazır olduğunu bildirib. Gürcüstan və Türkiyədən isə hələ ki, şirkətə bu barədə məlumat daxil olmayıb.


Ən çox qaz ehtiyatı olan «Şahdəniz» yatağında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə 7 iri neft şirkətinin payı var. Yataqdan çıxacaq ilkin qazın əsas alıcısı Türkiyədir.


«bp-Azərbaycan» şirkətinin prezidenti deyir ki, Azərbaycan 2012-ci ildə qaz ehtiyacını tam daxili imkanları hesabına ödəyə biləcək. Hazırda həmin müddəti bir az da irəli çəkmək üçün hökumətlə danışıqlar aparılır. Bu işi gerçəkləşdirmək üçün variantlar da mövcuddur: «Hələ ki, bu variantların heç biri ayrı-ayrılıqda, bütün detalları ilə müzakirə olunmayıb. Biz bilirik ki, Azərbaycanın əlavə qaz ehtiyatları var. Həmçinin ölkənin qaza ehtiyacı da var. Ona görə də bunların hamısı Azərbaycan hökuməti ilə birlikdə müzakirə olunmalıdır».


Azərbaycanın qaza olan illik tələbatı təxminən 10 milyard kub metrə hesablanır. Hazırda bunun yarıya qədəri yerli yataqlardan hasil edilir. Qalanı isə Rusiyadan alınır.


Günün bütün mövzuları

XS
SM
MD
LG